ARDNF-in aktivləri 7% artıb

ARDNF-in aktivləri 7% artıb
# 12 oktyabr 2016 13:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlanıb.

APA-Economics”in məlumatına görə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 618,6 mln. manat, büdcə xərcləri isə 3 823,1 mln. manat təşkil edib.

2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 883,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 867 mln. manat, bonus ödənişləri 0,1 mln. manat və tranzit gəlirləri 13,4 mln. manat və akrhesabı ödənişlər 3,3 mln. manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2 612,3 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 260,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 mln. manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 48,6 mln. manat vəsait ayrılıb. 20,8 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 mln. manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 127 mln. manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,9 mln. manat təşkil edib.

2016-cı il oktyabrın 1-nə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 mln. ABŞ dolları) nisbətən 6,7% artaraq 35 822,1 mln. ABŞ dollarına ( Bu vəsaitin valyuta ifadəsində 33 949,6 mln. ABŞ dolları investisiya portfelinin, 1 872,5 mln. ABŞ dolları isə manat hesabının payına düşür) bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR