Polis kapitanının avtomobili motosikletlə toqquşub, bir nəfər ölüb

Polis kapitanının avtomobili motosikletlə toqquşub, bir nəfər ölüb
# 10 aprel 2017 08:03 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Tuncay Tağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Şirxan Paşayevin idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində Ş. Paşayev ölüb.

Polisdən həmçinin bildirilib ki, minik avtomobilinin sürücüsü T. Tağıyev Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin təhqiqatçısı, polis kapitanıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR