DGK: Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 mlrd. dollara yaxınlaşır

DGK: Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 mlrd. dollara yaxınlaşır
# 16 iyul 2015 06:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 10 mlrd. 930 mln. 127,78 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 28,94% azdır.

Bu ilin 6 ayında idxal əməliyyatları 4 mlrd. 698 mln. 622,25 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13,64% çoxdur.

Belə ki, bu ilin yanvar-may aylarında ölkənin ixrac əməliyyatları üzrə 6 mlrd. 231 mln. 505,53 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 44,59% azdır.

Nəticədə 1 mlrd. 532 mln. 883,28 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,64 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR