Fitch: Beynəlxalq Banka əlavə 500 mln. manat kapital dəstəyi göstərilə bilər

Fitch: Beynəlxalq Banka əlavə 500 mln. manat kapital dəstəyi göstərilə bilər
# 23 noyabr 2016 07:36 (UTC +04:00)

“Fitch” beynəlxalq reytinq agentliyi “Beynəlxalq Bank”ın emitentin uzunmüddətli defolt reytinqini “BB” səviyyəsində təsdiq edib.

APA-Economics” agentliyin yaydığı hesabata əsasən xəbər verir ki, proqnoz “neqativ”dir.

Hesabatda qeyd olunub ki, bankın dayanıqlılıq reytinqi “b-“ səviyyəsindən “f” səviyyəsinə endirilib. “Bankın defolt reytinqinin təsdiqlənməsi Azərbaycan hökumətinin lazım gələrsə banka göstərə biləcəyi dəstəyi əks etdirir. Proqnozun mənfi olması da suveren üzrə proqnozun mənfi olması ilə bağlıdır”, - deyə hesabatda qeyd olunub.

Agentliyin analitikləri bildirir ki, “Beynəlxalq Bank”ın dayanıqlılıq reytinqinin aşağı düşməsi bankın uğursuz fəaliyyətinin nəticəsidir: “Nəticə etibarilə 2016-cı ilin I rübündə aktivlərin satışının tamamlanması nəticəsində böyük kapital kəsirinin yaranmasına gətirib çıxarıb. Cari ilin mart ayında tərəfimizdən banka reytinq verilərkən hesabatda transfer olunacaq toksik aktivlərin 3 milyard manat həcmində olmasını qeyd etməyimizə baxmayaraq, bankın 1-ci yarımilliklə bağlı yaydığı hesabatda bu rəqəm kifayət qədər böyük – 10 milyard manat həcmində qeyd olunub.

Agentlik öz hesabatında onu da qeyd edib ki, bankın ödəmə qabiliyyətinin yaxşılaşdırılması üçün əlavə olaraq 500 mln. manat həcmində kapital dəstəyinin göstərilməsi, o cümlədən problemli kreditlərin qalan hissəsinin transferi, xarici valyuta mövqeyinin azalmasına yardım üçün müxtəlif tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR