“Unibank” yeni kampaniyaya başlayıb

“Unibank” yeni kampaniyaya başlayıb
# 08 iyul 2014 07:50 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank” daimi tərəfdaş olan RGA şirkəti ilə yay kampaniyasına başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bütün yay boyu “Zara”, “Berşka”, “Stradivarius”, “Pull&Bear”, “Oysho”, “Massimo Dutti”, “FG4”-də yalnız “Albalı Plus” (“Albalı”) kart sahiblərinə 50%-dək endirim, həmçinin 3 və 6 taksit ödəmə imkanı yaradılıb.

“Albalı Plus” - “MasterCard” tipli beynəlxalq kartdır. Kart sahibi dünyanın istənilən ölkəsində və istənilən ticarət və xidmət mərkəzlərində, arzuladığı məhsul və xidməti əldə edə bilər. Müştəri vəsaitini karta yükləyərək, istədiyi zaman istifadə edə bilər, üstəlik “Unibank” bankomatlarında vəsaitini komissiyasız nağdlaşdıra bilər.

“Albalı Plus” internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı yaradır. Müştəri kartdan həmçinin digər bankların bankomatlarında, POS terminallarında da istifadə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR