Bakıda xarici vətəndaşların mənzillərindən oğurluq edən şəxs tutulub

Bakıda xarici vətəndaşların mənzillərindən oğurluq edən şəxs tutulub
# 12 sentyabr 2014 10:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzillərdən oğurluq edən şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 10-da İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev oğurluqda şübhəli şəxs qismində Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin iyul ayında İtaliya vətəndaşı Bariaççi Simone Sergtonun Zərgərpalan küçəsində yaşadığı evə, avqust ayında isə Ukrayna vətəndaşı Valeriya Skripniçenkonun Neftçilər prospektindəki evinə qonşuya su axıtması adı ilə girib 300 manat və 50 avro, habelə sənədlər olan pul kisəsini, sonuncunun isə 300 manatını oğurladığı müəyyən edilib.

Səbail Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR