Bank Of Baku

Bakıda ABŞ-ın Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev, ABŞ Vitse-prezidenti Ceyms Devid Vens

© APA | Prezident İlham Əliyev, ABŞ Vitse-prezidenti Ceyms Devid Vens

# 10 fevral 2026 17:55 (UTC +04:00)

Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.

Bu barədə APA-nın əməkdaşı xəbər verir.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi ABŞ-ın Vitse-prezidentinə raport verib.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.

Sonra rəsmi foto çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR