Tatarıstan Rəisi Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov

© APA | Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov

# 03 iyun 2024 14:52 (UTC +04:00)

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının ildönümü münasibətilə Sizi tatarıstanlılar adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Qoy Azərbaycan xalqının tarixində yeni səhifənin açılmasının rəmzi olan bu böyük bayram ölkənin sakinlərinin qəlblərini onları Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasına ruhlandıran yüksək əhvali-ruhiyyə, daim möhkəm birlik və yaradıcılıq eşqi ilə doldursun!

Sizə və yaxınlarınıza, ölkənizin bütün vətəndaşlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün təşəbbüslərinizdə uğurlar və hər zaman ümummilli hədəflərə nail olmağınızı arzulayırıq.

Bu mühüm dövlət bayramının sevincini Azərbaycan xalqı ilə bölüşərək, Rusiya-Azərbaycan strateji münasibətləri çərçivəsində Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında gələcəkdə də mehriban və məhsuldar əməkdaşlığa ümidimizi ifadə edirik.

Sizə, yaxınlarınıza və Azərbaycan Respublikasının sakinlərinə yüksək ehtiramımızı və xoş bayram arzularımızı çatdırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR