Bank Of Baku

Nazir müşaviri: SDG-lərin maliyyə boşluğu illik 4 trilyon dollara çatıb

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov

© APA | İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov

# 16 iyun 2026 12:36 (UTC +04:00)

Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrası üçün illik maliyyə boşluğu təxminən 4 trilyon ABŞ dolları təşkil edir.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda təşkil olunan sessiyada bildirib.

Onun sözlərinə görə, bu göstərici SDG-lərin maliyyələşdirilməsi sahəsində qlobal miqyasda ciddi çatışmazlığın mövcud olduğunu göstərir və xüsusilə dayanıqlı infrastruktur, təmiz enerji, su sistemləri, rəqəmsal transformasiya və iqlimə uyğunlaşma kimi sahələrdə maliyyə ehtiyacları daha da kəskinləşib.

"Artan borc riskləri, geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və məhdud fiskal imkanlar bir çox ölkələrin SDG-ləri maliyyələşdirmə imkanlarını məhdudlaşdırır. Bu vəziyyət fonunda ənənəvi maliyyə mexanizmləri kifayət etmir və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün innovativ maliyyələşmə alətlərinə keçid zəruridir".

O həmçinin bildirib ki, qarışıq maliyyələşmə (blended finance), yaşıl maliyyə, İslam maliyyəsi, rəqəmsal maliyyə və dövlət-özəl tərəfdaşlıq kimi mexanizmlər SDG-lərin maliyyələşdirilməsi üçün getdikcə daha mühüm rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR