Bank Of Baku

Sumqayıtda “Ruzigar” ləqəbli reper həbs edilib

Sumqayıtda “Ruzigar” ləqəbli reper həbs edilib
# 14 aprel 2019 14:16 (UTC +04:00)

Sosial şəbəkələrdə “Ruzigar” ləqəbli reper kimi tanınan Sumqayıt şəhər sakini Aydın Hüseynov ötən gün Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

ONA-nın Sumqayıt bürosunun məlumatına görə, A.Hüseynov  İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə ittiham edilir.

Sumqayıt  Şəhər Məhkəməsinin qərarı ilə A. Hüseynov  30 sutka müddətində inzibati qaydada həbs edilib.

Xatırladaq ki, aprelin  3-də “Kazbekə şey basım” meyxanasını oxumaqla gündəmə gələn “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev də 30 gün müddətinə həbs edilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR