Bank Of Baku

Baş katib: Qış soyuq keçərsə, Avropa çətinliklərlə üzləşəcək

Baş katib: Qış soyuq keçərsə, Avropa çətinliklərlə üzləşəcək
# 26 oktyabr 2026 14:52 (UTC +04:00)

Avropa LNG idxalına və bərpa olunan enerji mənbələrinə arxalanaraq, Rusiya qazının tədarükünün kəskin azalması və yüksək qiymətlər şəraitində qışa qaz anbarları qismən doldurulmuş vəziyyətdə hazırlaşır. Qış mövsümünün necə keçəcəyi isə hava şəraitindən asılı olacaq.

Bunu Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Filip Mşelbila Rusiyanın “Vesti” iinformasiya portalına müsahibəsində bildirib

O vurğulayıb ki, 2022-ci ildən etibarən Avropada boru kəmərləri vasitəsilə tədarük olunan qazın istehlakı əhəmiyyətli dərəcədə azalıb.

“Boru kəmərləri ilə tədarük olunan qazın istehlakı təxminən 450 mlrd kubmetrdən 380 mlrd kubmetrə qədər azalıb, bu il isə daha da aşağı düşüb. Bu, ciddi azalmadır. Avropa bu azalmanın təsirlərini yumşaltmaq üçün müxtəlif variantları nəzərdən keçirib.

Birinci variant enerji səmərəliliyini artırmaqla və ya təbii qazı bərpa olunan enerji mənbələri və digər enerji mənbələri ilə əvəz etməklə qaz istehlakını azaltmaqdır. Bəzi ölkələr nüvə energetikasına üstünlük verməyi nəzərdən keçirir, lakin əsas diqqət bərpa olunan enerji mənbələrinə yönəldilir.

İkinci variant qaz tədarükü üçün alternativ boru kəmərlərindən istifadə etməkdir. Bununla belə, bu tədbirlər Rusiyadan əvvəllər tədarük olunan böyük həcmdə qazı dərhal əvəz etməyə imkan verməyəcək.

Üçüncü variant isə mayeləşdirilmiş təbii qazdır (LNG). Avropada yenidən qazlaşdırma terminallarının tikintisi geniş vüsət alıb. Bu terminalların əksəriyyəti Şimali Amerikadan qaz qəbul edir. Rusiya qazı əsasən ABŞ-dan tədarük olunan qazla əvəz edilir”, - deyə Filip Mşelbila bildirib.

O qeyd edib ki, qazın qiyməti kəskin artıb və qaz anbarlarının tam doldurulmadığı şəraitdə qışın keçirilməsi Avropa üçün ciddi sınaq olacaq.

“Avropada qaz anbarlarının doluluq səviyyəsinin gözləniləndən aşağı olduğunu görürük. Bu göstərici təxminən 70–76% arasındadır. Avropa qışa doluluq səviyyəsi 80%-dən aşağı olan qaz anbarları ilə daxil olacaq. Yüksək qiymətləri və baş verən bütün hadisələri nəzərə alsaq, bu, ciddi çağırışdır.

Avropanın bu qışı necə keçirəcəyi hava şəraitindən asılı olacaq. Başqa sözlə, havanın temperaturu həlledici amil olacaq. Qış mülayim keçərsə, Avropa qış aylarında davam edəcək idxal hesabına vəziyyətin öhdəsindən gələ biləcək. Lakin qış soyuq keçərsə, düşünürəm ki, Avropa çətinliklərlə üzləşəcək. Məncə, bu qış vəziyyətin necə inkişaf edəcəyini izləmək xüsusilə maraqlı olacaq”, - deyə Filip Mşelbila əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR