Bu ilin 4 ayında dövlət büdcəsinə 6 mlrd. manata yaxın vəsait daxil olub

Bu ilin 4 ayında dövlət büdcəsinə 6 mlrd. manata yaxın vəsait daxil olub
# 11 iyun 2015 12:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 5,4 mlrd. manat vəsait daxil olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, büdcədən 6,2 mlrd. manat vəsait xərclənib, büdcənin kəsiri ümumi daxili məhsulun 4,9%-nə bərabər olub. Başqa sözlə, dövlət büdcəsinin kəsiri 822 mln. manat təşkil edib.

Büdcə xərclərinin 3,3 mlrd. manatı iqtisadiyyatın inkişafına, 666,7 mln. manatı sosial müdafiə və sosial təminata, 578,2 mln. manatı isə təhsilə və səhiyyəyə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR