«Dəmirbank»ın reytinqi üzrə proqnoz yaxşılaşıb

«Dəmirbank»ın reytinqi üzrə proqnoz yaxşılaşıb
# 12 mart 2014 12:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Azərbaycanın «Dəmirbank» ASC-nin «B» reytinqini yenidən təsdiqləyib və «stabil» proqnozu «pozitiv»ədək yüksəldib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən biridir.

Məlumatda deyilir ki, yüksək reytinqin verilməsi «Dəmirbank»ın uzunmüddətli perspektivdə kredit ödəmə qabiliyyətinin daha çox dayanıqlı olması və bankın aktivlərinin keyfiyyətinin yaxşılaşmasını əks etdirir.

«Dəmirbank» «Fitch Ratings» agentliyi ilə 2004-cü ildən əməkdaşlıq edir və Azərbaycanda beynəlxalq reytinq alan ilk özəl bankdır. «Dəmirbank» həmçinin «Planet Rating» agentliyinin də «pozitiv» proqnozlu «B» reytinqinə malikdir və 2009-cu ildə ölkədə ilk dəfə sosial reytinq alan bankdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR