«Dəmirbank» xaricdən yeni kredit cəlb edib

«Dəmirbank» xaricdən yeni kredit cəlb edib
# 09 yanvar 2014 09:22 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC Almaniya İnvestisiya və İnkişaf Şirkəti (DEG) ilə subordinasiya kreditinin cəlb olunmasına dair razılaşma imzalayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, Almaniyada imzalanan müqaviləyə əsasən, DEG 10 il müddətinə «Dəmirbank»a 12 mln. ABŞ dolları həcmində vəsait ayırıb. Kreditin məqsədi ikinci dərəcəli kapitalın artırılması və Azərbaycanda kiçik və orta biznesin kreditləşməsinin artırılmasıdır.

Qeyd edək ki, «Dəmirbank» 2007-ci ildən DEG ilə əməkdaşlıq edir və bu, artıq tərəflər arasında imzalanan 4-cü analoji müqavilədir. Ümumilikdə, DEG tərəfindən indiyədək Azərbaycan bankına 21 mln. dollar həcmində vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR