Ukraynanın Krasnıy Liman şəhəri yaxınlığında gedən döyüşlərdə terrorçular milli qvardiyaya məxsus helikopteri vurublar

Ukraynanın Krasnıy Liman şəhəri yaxınlığında gedən döyüşlərdə terrorçular milli qvardiyaya məxsus helikopteri vurublar
# 03 iyun 2014 17:52 (UTC +04:00)

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, antiterror əməliyyata cəlb olunmuş hərbi qüvvələr aviasiyanın dəstəyi ilə separatçıların mövqelərinə hücuma keçiblər. Məlumata görə, sərt müqavimət göstərən terrorçular iriçaplı pulemyotdan istifadə edərək hərbi helikopteri vurublar.

Məlumata görə, helikopterin heyəti sağ qalıb. Döyüş zamanı 1 ukraynalı hərbçi həlak olub, azı 20 nəfəri yaralanıb. Atışma zamanı hadisə yerində video çəkiliş aparan hərbi reportyor ayağından güllə yarası alıb.

Məlumata görə, hazırda İzyum qəsəbəsindən Slavyanska gedən yol tamamilə bağlanıb.

Xatırladaq ki, bu gün İzyum qəsəbəsi yaxınlığında separatçılar Ukrayna ordusunun “BTR” karvanını atəşə tutublar, nəticədə 1 hərbçi həlak olub, 13 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR