Beynəlxalq Valyuta Fondu bank sektorunun restrukturizasiyası ilə bağlı Azərbaycana yardımını təklif edib

Beynəlxalq Valyuta Fondu bank sektorunun restrukturizasiyası ilə bağlı Azərbaycana yardımını təklif edib
# 15 noyabr 2013 12:53 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

«APA-Economics»in məlumatına görə, görüşdə ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, ölkənin xarici mövqeyi, bank sektorunun inkişafı, Mərkəzi Bankın pul-kredit siyasəti, bankların kapitallaşması kimi məsələlər müzakirə olunub.

E.Rüstəmov ölkədə hazırkı makroiqtisadi vəziyyət, 2014-cü il üçün pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi, bank sektorunun kapitallaşması və konsolidasiyası, maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verib.

Öz növbəsində BVF rəsmisi R.Almarzoqi 2013-cü ildə Azərbaycanda müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirib və çevik məzənnə rejiminə keçid, bank sektorunun restrukturizasiyası üzrə BVF tərəfindən texniki yardım göstərilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Görüşdə həmçinin AMB ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri, Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının müddəti barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR