Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 3% artıb

 Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 3% artıb
# 10 fevral 2014 08:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanın rezidentləri 149 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə əmtəə ixrac, 141 ölkədən isə idxal olunub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.

İl ərzində xarici ticarət dövriyyəsinin ümumi həcmi 43,5 mlrd. ABŞ dolları təşkil edib və 2012-ci illə müqayisədə 2,7% artıb. Dövriyyənin 32,8 mlrd. dolları ixracın, 10,7 mlrd. dolları idxalın payına düşüb, nəticədə 22,1 mlrd. dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 2012-ci illə müqayisədə 6,0% artaraq 1 773,0 mln. dollar təşkil edib.

Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 8,3 dollar artaraq 190,7 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR