Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri: “İnsanlar Xocalıda nə baş verdiyindən xəbərdardırlar, bu faciə bir daha təkrarlanmamalıdır” - VİDEO

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri: “İnsanlar Xocalıda nə baş verdiyindən xəbərdardırlar, bu faciə bir daha təkrarlanmamalıdır” - <span style="color: red;">VİDEO
# 31 may 2014 12:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti bu gün mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin dəvəti ilə Azərbaycana səfərdən məmnunluq keçirdiklərini bildirən K. Pinçer 5 gün ərzində Bakı və Qəbələdə olduqlarını, bir çox rəsmi şəxslərlə görüşdüklərini söyləyib.

O, ən yadda qalan görüşü prezident İlham Əliyevlə keçirdiklərini deyib.

Nümayəndə heyəti Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, millət vəkilləri ilə də görüşüb, “ASAN Xidmət”ə baş çəkib: ““ASAN Xidmət” ölkə vətəndaşlarına xidmət edir. Rüşvətxorluğa qarşı mübarizədə mühüm rol oynayır. Hüquq müdafiəçiləri Murad və Rəna Sadəddinovlarla da görüşmüşük. Həmçinin Şəkidə dövlət hesabına tikilmiş məcburi köçkün şəhərciyində olduq. Belə şəhərciklərin salınması münaqişədən əziyyət çəkmiş insanların həyat şəraitinin yaxşılaşdırılması baxımından önəmlidir”.

K. Pinçer qeyd edib ki, nümayəndə heyəti Azərbaycanda inkişafın, insanların rifah halının yaxşılaşmasının şahidi olub: “Biz Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsindən xəbərdarıq. Böyük Britaniya parlamentində məsələ qaldıracağıq, bu münaqişə bitməli, insanlar evlərinə qayıtmalıdır”.

K. Pinçer Böyük Britaniya parlamentinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəklədiyini vurğulayıb: “Ancaq bu, kifayət deyil. Hökumətimizə təsir göstərməliyik ki, Böyük Britaniya hökuməti də öz növbəsində Minsk Qrupuna təsir etsin, münaqişə həllini tapsın, insanlar torpaqlarına qayıda bilsinlər. Ərazi bütövlüyü amili tanınmalıdır. Bu, son dövrlər Avropada gündəmdə olan məsələdir”.

O bildirib ki, bu səfər Azərbaycanı daha yaxından tanımağa, iki ölkə arasında əlaqələrin güclənməsinə töhfə verəcək.

Xocalı soyqırımının Böyük Britaniya parlamentində tanınmasının mümkünlüyü barədə sualı cavablandıran K. Pinçer bildirib ki, Böyük Britaniyada Avropa Azərbaycan Cəmiyyəti hər il Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirir: “Həmin tədbirə Böyük Britaniya parlamentinin də bir çox üzvü qatılır. İnsanlar Xocalıda nə baş verdiyindən xəbərdardırlar, bu faciə bir daha təkrarlanmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR