«Dəmirbank»ın aktivləri ötən il 6% artıb

«Dəmirbank»ın aktivləri ötən il 6% artıb
# 16 yanvar 2014 10:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivləri 2013-cü il ərzində 5,7% artaraq 2014-cü il yanvarın 1-nə 405,2 mln. manata çatıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda, müştərilərə verilən kreditlər 10,4% artaraq 310 mln. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 19,4% artaraq 158,1 mln. manat olub. Bankın məcmu kapitalı isə 59,4 mln. manat təşkil edib.

Qeyd edək ki, Bank 2013-cü ildə 42 mln. ABŞ dolları məbləğində vəsaitlərin cəlb edilməsi barədə müqavilələr imzalayıb. Belə ki, ötən il «Dəmirbank» Avropa Yenidənqurma və İnkişaf Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə ölkə üzrə ən uzunmüddətli, irihəcmli kredit müqaviləsi imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR