Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 13,6 mlrd. dollara çatıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 13,6 mlrd. dollara çatıb
# 04 noyabr 2013 07:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü ilin noyabrın 1-nə 13 584,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin noyabrın 1-nə nisbətən 1 840,9 mln. dollar və ya 15,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda oktyabr ayında AMB-nin rəsmi valyuta ehtiyatları 321,4 mln. dollar və ya 2,4% artıb:

Beləliklə, bu il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları tədricən artım dinamikası nümayiş etdirir. Eyni zamanda aydın görünür ki, artım tempi ötən ilin göstəricisindən kəskin aşağıdır. Belə ki, ötən il ərzində artımın həcmi 1,213 mlrd. dollar və ya orta hesabla ayda 101 mln. dollara bərabər olub, bu il isə ümumi 10 aylıq artım 321,4 mln. dollar, orta aylıq göstərici müvafiq olaraq 32,1 mln. dollar təşkil edir. Nəhayət, müqayisə üçün ötən ilin 10 ayı ərzində artımın həcmi 1,262 mlrd. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR