Gəncə sakini dərmandan zəhərlənib

Gəncə sakini dərmandan zəhərlənib
# 20 avqust 2013 09:00 (UTC +04:00)

Gəncə. Azər Məmmədliu – APA. Gəncədə Çernobıl əlili dərmandan zəhərlənib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü İlqar Mehdiyev dərman preparatlarından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vaxtında aparılan tibbi müdaxilə nəticəsində İ. Mehdiyevin həyatını xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, İ. Mehdiyev Çernobıl əlilidir və gecələr yata bilmədiyi üçün mütəmadi olaraq sakitləşdirici dərman preparatları qəbul edir. İ. Mehdiyev ötən gecə bir necə belə preparat qəbul etdiyinə görə zəhərlənərək xəstəxanaya yerləşdirilib. Hazırda onun səhhətinin normal olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR