Əli Əhmədov İran nümayəndə heyətini qəbul edib

Əli Əhmədov İran nümayəndə heyətini qəbul edib
# 24 sentyabr 2013 14:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, deputat Əli Əhmədov İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. YAP-dan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə İran İslam Respublikası arasında qarşılıqlı münasibətlərin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

İranın təkcə qonşu deyil, həm də dost və qardaş ölkə olduğunu vurğulayan Ə. Əhmədov Azərbaycan və İran arasında münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu vurğulayıb. İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə isə son zamanlar nümayəndə heyətlərinin səfərlərinin və görüşlərinin intensivləşməsinin iki ölkə arasında əməkdaşlığın inkişafına yaxşı töhfə olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR