Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxs tutulub

Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxs tutulub
# 20 oktyabr 2014 08:35 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 30-dan oktyabrın 16-dək olan müddətdə Maştağa qəsəbəsi Xanlar yeni yaşayış sahəsində yaşayan Gülçöhrə Tapçiyevanın evindən pəncərənin dəmir barmaqlığını sındırmaqla 6 min manat, 1215 ABŞ dolları və ev əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis Şöbəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ramin Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR