Bank Of Baku

«Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi»nin icrasına gələn ildən başlanacaq

«Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi»nin icrasına  gələn ildən başlanacaq
# 06 noyabr 2008 07:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi»nin maliyyələşdirilməsi üçün Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında kredit sazişi 2008-ci ilin sonuna kimi imzalanacaq.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov «APA-Economics»ə bildirib ki, layihənin imzalanması bir qədər ləngidiyindən onun gələn ilin əvvəlindən həyata keçirilməsinə başlamaq nəzərdə tutulur. Buna görə də bu beş illik layihə əvvəl nəzərdə tutulduğu kimi, 20013-cü ildə deyil, 2014-cü ildə tamamlanacaq.
Ümumi dəyəri 54,6 mln. ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün DB Azərbaycana 26,7 mln. dollar kredit ayıracaq, qalan vəsait isə Azərbaycan hökuməti tərəfindən ödəniləcək. Ümumilikdə layihə üçün nəzərdə tutulan vəsaitin 12 mln. dollara yaxınının Azərbaycanda pensiya islahatlarının aparılmasına, qalan vəsait isə sosial müdafiə sistemi sahəsində kompleks tədbirlərin icrasına sərf ediləcək. Layihə çərçivəsində əmək bazarı institutlarının modernləşdirilməsi, əmək qanunvericiliyinə dəyişiklərin edilməsi, gənclərin məşğulluğu üçün texniki tədbirlərin görülməsi, aktiv məşğulluq proqramlarının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər) icrası ilə əlaqədar reallaşacaq proqramlar da dəstəklənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR