Bank Of Baku

Bu il Azərbaycanda orta məktəbi 5 qiymətlə bitirən məzunların yalnız 65,12 faizi qəbul imtahanlarında attestat qiymətini təsdiq edə bilib

Bu il Azərbaycanda orta məktəbi 5 qiymətlə bitirən məzunların yalnız 65,12 faizi qəbul imtahanlarında attestat qiymətini təsdiq edə bilib
# 28 dekabr 2011 08:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, orta məktəbi bütün fənlərdən 3 qiymətlə başa vuran şagirdlərin 97,52 faizinin qəbul imtahanın da nəticələri çox zəif - 0-200 bal intervalında olub. Bu il qəbul imtahanlarında iştirak edən 103 min 185 abituriyentdən 38,66 faizi 0-100, 23,78 faizi 100-200, 15,75 faizi 200-300, 16,53 faizi 300-500, 5,27 faizi isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1476 nəfəri 600 baldan yuxarı nəticə göstərib.

Yüksəl ballı abituriyentlər respublikanın demək olar bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini əhatə ediblər. Yüksək nəticə göstərənlər I qrupda 331, II qrupda 364, III qrupda 323, IV qrupda 458 nəfərdir.

Dörd nəfər isə maksimum nəticə - 700 bal toplayıb. Onların hamısı I qrupunun abituriyentidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR