Bank Of Baku

Məleykə Abbaszadə: “Təhsil sahəsində idarəetmədə çox ciddi islahatlar həyata keçirmək lazımdır”

Məleykə Abbaszadə: “Təhsil sahəsində idarəetmədə çox ciddi islahatlar həyata keçirmək lazımdır”
# 28 dekabr 2011 09:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda müəllimlərin bilik səviyyəsini qaldırmağa ehtiyac var”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. TQDK sədri qeyd edib ki, ölkədə təhsil sahəsində müxtəlif proqramlar həyata keçirilir, infrastruktur yaradılıb: “Amma dərs deyənlərin və dərsliklərin səviyyəsini qaldırmaq lazımdır. İslahatlar o zaman uğurlu olur ki, onun nəticələri də islahatlara uyğun olsun. İşlər təbii ki, aparılır, amma nəticələr o qədər də qənaətbəxş deyil. Təhsil sahəsində idarəetmədə də çox ciddi islahatlar həyata keçirmək lazımdır. Azərbaycanda bu istiqamətdə ölkə prezidenti tərəfindən siyasi iradə var. İndi hər şey bizdən, təhsil işçilərindən asılıdır. Hər kəs öz işini vicdanla yerinə yetirsə, nəticələr də yaxşı olar. Biz Qarabağ uğrunda mübarizənin məktəbdə elan etməliyik. Özümüzü məktəbdə yox, cəbhədə hiss etməliyik. Biz bilikli əsgər böyütsək, Qarabağda müharibəni udacağıq”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR