Bank Of Baku

Azərbaycanda sanatoriyaların təmiri gələn ilin sonunadək yekunlaşacaq

Azərbaycanda sanatoriyaların təmiri gələn ilin sonunadək yekunlaşacaq
# 28 dekabr 2011 10:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 2012-ci ilin sonunadək tabeliyində olan bütün sanatoriya mərkəzlərinin təmiri işlərini başa çatdıracaq. «APA-Economics»in məlumatına görə, bunu AHİK sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, təmir işləri başa çatdıqdan sonra həmin sanatoriyalarda tibbi avadanlıqların yenisi ilə əvəz edilməsinə başlanacaq: «Mövcud vəziyyətdə sanatoriyalarda tibbi avadanlıqlar müasir tələblərə cavab vermir. AHİK köhnə tibbi avadanlıqları yeni ilə əvəz etməsinə çalışacaq».

S.Mehbalıyev həmçinin bildirib ki, bir müddət əvvəl AHİK tərəfindən özəl şirkətdən 80 çarpayılıq yeni istirahət mərkəzi alınıb və yaxın vaxtlarda həmin obyekt sanatoriya mərkəzinə çevriləcək: «Bundan başqa, AHİK-in tabeliyində olan bir çox sanatoriya mərkəzlərində təmirə dayandırılmış korpusların təmir işləri də davam etdirilir. İşlər yekunlaşdıqdan sonra 2012-ci ildən bu korpuslar yollanışlarla xidmət göstərəcək. Artıq AHİK-in balasında olan «Qaranquş» sanatoriya mərkəzinin həyətində əlavə bir korpus tikilərək istifadəyə verilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR