Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası gələn il yollanışlara 2,5 mln. manat ayıracaq

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası gələn il yollanışlara 2,5 mln. manat ayıracaq
# 28 dekabr 2011 11:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) gələn il üçün yollanışların artımına görə 2,5 mln. manat həcmində əlavə vəsait ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu AHİK sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, AHİK tərəfindən verilən yollayışlardan əlavə, bütün Sahə Həmkarlar İttifaqları öz vəsaitləri hesabına özəl sektordan yollanışlar alınır və işçilər istirahət mərkəzlərinə göndərilir: “Buna da milyonlarla vəsait xərclənir”.

S.Mehbalıyev bildirib ki, bu kimi xərclər hər il nəzərdə tutulub, ilbəil bu vəsaitlər artır: “Növbəti ildə yollanışların artımına görə AHİK tərəfindən 2,5 mln. manat həcmində vəsaitin ayırması nəzərə tutulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR