Şuşa rayonu üzrə ilk dəfə Malıbəyli kənd 1 saylı tam orta məktəbdə elektron açıq dərs keçirilib - FOTOSESSİYA
I a sinfinin müəllimi Naciyə Əlisahibqızı dərsdə riyaziyyat fənnindən “Toplananların yerdəyişmə xassəsi” mövzusunu tədris edib. Müəllim elektron vəsaitlərdən istifadə edərək slaydlardan toplanmış materiallar əsasında mövzunu şagirdlərin bilavasitə iştirakı ilə interaktiv şəkildə izah edib. Daha sonra müəllim şagirdlərin mövzunu necə qavramasını yoxlamaq məqsədilə onlara konkret misallar verib və nəticələri qiymətləndirib. Açıq dərs zamanı şagirdlərin dəftərlərinə də baxış keçirilib, I a sinif şagirdi Mətin Quliyevə nümunəvi, səliqəli dəftərlərinə və səlis xəttinə görə təşəkkür edilib. Sinifdə digər şagirdlərin də tapşırıqların öhdəsindən gəldikləri qeyd olunub.
Açıq dərsdən sonra məktəbin akt zalında I a sinif şagirdlərinin “Andiçmə” mərasimi keçirilib. Birincilər dərslərini yaxşı oxuyacaqlarına, Vətənə və xalqa layiq övlad olacaqlarına and içiblər.
Sonra RTŞ işçiləri və müəllim heyətinin iştirakı ilə açıq dərsə həsr olunmuş müzakirə keçirilib. Açıq dərsi təşkil edən N. Əlisahibqızı məqsədinə nail olduğunu bildirib. Bir müddət əvvəl “Həyat bilgisi” və “Ana dili” fənlərindən elektron dərs keçirdiyini deyən müəllim bu dərslərin şagirdlər tərəfindən daha maraqla qarşılandığını və mənimsənildiyini, keyfiyyətli olduğunu vurğulayıb.
Məktəbin direktoru Günəş Hüseynovaya çıxışında əvvəlcə “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova, RTŞ müdiri Təvəkkül Əliyevə elektron qurğunun məktəbə verilməsinə, diqqət və qayğılarına görə təşəkkür edib. G. Hüseynova Şuşa məktəbləri arasında ilk elektron dərsin Malıbəyli kənd 1 saylı tam orta məktəbdə təşkil olunduğunu xüsusi vurğulayıb. O, müəllim və şagirdlərin qarşıya qoyulan vəzifənin öhdəsindən gəldiyini deyib, şagirdlərin elektron lövhə ilə işləmələrini uşaqların müasir təhsil standartlarına uyğun çalışmaq bacarığının göstəricisi adlandırıb: “Möhtərəm prezidentin qayğısı ilə tikilmiş bu məktəbdə müəllimlər və şagirdlər gələcəyə inamla baxır. İnanırıq ki, bu cür məktəblər tez bir zamanda Şuşamızda tikiləcək və bu cür dərslər təşkil edəcəyik”.
Əyyub Şırlanlı, Ceyhun Məmiyev, Rəsmiyyə Məmmədova, Kəmalə Musayeva da açıq dərsdən razı qaldıqlarını bildirib, açıq dərsdə fənlərarası inteqrasiyaya geniş yer verildiyini qeyd ediblər. Onlar müəllimin bacarıqlı, təcrübəli, zəhmətkeş olduğunu vurğulayıb, dərslərin keyfiyyətinin daha da yüksəldilməsi üçün təklif və tövsiyələrini veriblər.
RTŞ əməkdaşları birincilərin “Andiçmə” mərasiminin keçirilməsini xüsusi qeyd edib, bunun müəllim və şagirdlərin vətənpərvərliyinin əyani sübutu olduğunu bildiriblər.
Sosial
Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
Xəbər Lenti
Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb
Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq
DÇ-2026: İsveçrə 1/4 final mərhələsinə yüksəlib
Kanadanın yaratdığı yeni müdafiə bankına Ukrayna da qoşulacaq
FIFA ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən kənarlaşdırıb
Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib
ABŞ İrana silsilə zərbələr endirməyə başlayıb
Rusiya Odessaya kaset başlıqlı ballistik raket zərbəsi endirib, yaralananlar var
ABŞ İrana qarşı neft sanksiyalarının yumşaldılmasını ləğv edib
Ukrayna və Estoniya pilotsuz sistemlər üzrə əməkdaşlıq sazişi imzalayıb
ABŞ-ın Venesuelaya zəlzələdən sonra ayırdığı yardım 310 milyon dolları ötüb
Gəncədə 22 yaşlı qızın meyiti tapılıb
Gəncədə 38 yaşlı kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb
Parisdə Mbappe ilə bağlı açıqlamaya görə cinayət işi başlanıb
Qətər İrandan beynəlxalq gəmiçiliyi təhdid edən addımları dayandırmağı tələb edib
Netanyahu: Türkiyəyə F-35 qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Macarıstanda dövlət televiziyası və radiosunun yayımı dayandırılıb
Tbilisi hava limanı leysan yağışları səbəbindən qismən işıqsız qalıb
DÇ-2026: Argentina millisi 1/4 final mərhələsinə yüksəlib
Çempionlar Liqası: “Sabah” Uelsin TNS komandasını məğlub edib
Bakının Şağan qəsəbəsində quru otluq sahədə yanğın söndürülüb - YENİLƏNİB
Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğulub
Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1
Hörmüz boğazında ABŞ İranın buraxdığı PUA-ları məhv edib
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb
Bakı–Sumqayıt şosesində avtomobil yanıb, yolda sıxlıq yaranıb
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib
Azərbaycan XİN rəhbəri Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Ərdoğanla Trampın təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO - YENİLƏNİB
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb
İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki nəfər saxlanılıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq
Rusiya Xarkovu idarəolunan aviasiya bombaları ilə vurub, ölən və yaralananlar var
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
Tramp: Ərdoğan da İranın nüvə silahına malik olmasını istəməz
Oğuzda buğda yüklü TIR yanıb - FOTO - VİDEO - YENİLƏNİB
AZAL Qars şəhərinə uçuşlara başlayır