Bank Of Baku

Azərbaycanda 4 peşə liseyinin fəaliyyəti “kafi” qiymətləndirilib

Azərbaycanda 4 peşə liseyinin fəaliyyəti “kafi” qiymətləndirilib
# 28 dekabr 2011 11:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyinin Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə Liseyinin akkreditasiyasının nəticələri müzakirə olunub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinin əhəmiyyətini qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə reallaşdırılan tədbirlərin mühüm rol oynadığını deyib. Nazir peşə təhsili müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, tövsiyə və tapşırıqlarını verib.

İclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə Liseyinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR