Bank Of Baku

TQDK: Azərbaycanın bəzi bölgələrində ali məktəblərə sənəd verən abituriyentlərin gender balansı üzrə problem var

TQDK: Azərbaycanın bəzi bölgələrində ali məktəblərə sənəd verən abituriyentlərin gender balansı üzrə problem var
# 28 dekabr 2011 12:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın bəzi bölgələrində ali məktəblərə sənəd verən abituriyentlərin gender balansı üzrə problem var. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2011-ci qəbul ilinin yekunlarına dair bu gün keçirdiyi tədbirdə bildirib ki, Azərbaycanın cənub bölgəsində, xüsusən də Lerik, Yardımlı, Cəlilabad rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin 70 faizini oğlanlar təşkil edir. Hətta Yardımlı rayonunda bu rəqəm 90 faiz olub. Bu rayon üzrə sənəd verən 300 abituriyentdən yalnız 9-10-u qız olub.

Komissiyası sədri bildirib ki, Balakən və Zaqatala rayonlarında isə əksinə, oğlan abituriyentlərin sayı azlıq təşkil edib. Bu bölgə üzrə ali məktəblərə sənəd verənlərin yalnız 30-40 faizini oğlanlar təşkil edib: “Bu problem var. 10 ildən sonra bu, təkcə gender probleminə deyil, həm də demoqrafik problemə gətirib çıxaracaq”.

Komissiya sədri onu da qeyd edib ki, bu il işğal altında olan rayonlardan ali təhsil müəssisələrinə sənəd verən 9870 abituriyentdən 2512 nəfəri tələbə adı qazanıb.
M. Abbaszadə məcburi köçkün olan abituriyentlərin ali təhsil müəssisələrinin nüfuzlu ixtisaslarına qəbul olunma faizinin ilbəil artdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR