Bank Of Baku

Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının yeni binasının açılışı olub – FOTO

Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının yeni binasının açılışı olub – <font color=red>FOTO </font>
# 28 dekabr 2011 12:41 (UTC +04:00)
Bakı-APA. Bu gün 80 çarpayılıq Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının yeni binasının açılışı olub. Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, təntənəli açılışda İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, rayon ictimaiyyətinin nümayəndələri və rayonun səhiyyə işçiləri iştirak ediblər. Əhəd Abıyev açılış mərasimində çıxış edib. Qeyd olunub ki, xəstəxana binası müasir Avropa standartlarına uyğun inşa olunub. Xəstəxananın müasir tibb avadanlıqları və əsas vəsaitlərlə təminatına 1 milyon 168 min manatdan çox vəsait xərclənib. Xəstəxananın baş həkimi Mirzəkim Tağıyev göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Səhiyyə Nazirliyinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Yeni xəstəxanada rayon sakinlərinə daha yüksək səviyyədə tibbi xidmət göstəriləcəyi qeyd edilib.
Açılış mərasimindən sonra binada yeni quraşdırılmış otaqlara və avadanlıqlara baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR