Bank Of Baku

Ucar rayonunda şəkərli diabet xəstələri üçün dövlət tərəfindən pulsuz ayrılan dərmanların verilməsində problem yaranıb

Ucar rayonunda şəkərli diabet xəstələri üçün dövlət tərəfindən pulsuz ayrılan dərmanların verilməsində problem yaranıb
# 28 dekabr 2011 13:44 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, dekabr ayı üçün xəstələrə verilməli olan dərmanlar bu günə kimi çatdırılmayıb. Şəkərli diabet xəstələri dəfələrlə dərmanları almaq üçün Ucar Mərkəzi Rayon Xəstəxanasında olsalar da, problem həll olunmayıb. Onlara bu ay dərman verilməyəcəyi bildirilib.
Xəstəxananın baş həkim Zeynal Bayramlı APA-ya açıqlamasında bunu Maliyyə Nazirliyi tərəfindən şəkərli diabet xəstələri üçün ayrılan vəsaitin qurtarması ilə izah edib. Onun sözlərinə görə, 80 minə yaxın əhalisi olan rayonda 1400-ə yaxın şəkər xəstəsi var ki, bu da başqa rayonlarla müqayisədə daha çoxdur. Baş həkim deyib ki, əgər rayonda 800-900 şəkərli diabet xəstəsi olsaydı, ayrılan vəsaitə uyğun olaraq, onları il boyu pulsuz dərmanla təmin etmək olardı: “Xəstələrin sayı çoxdur, ona görə vəsait çatmır”.
Zeynal Bayramlı onu da deyib ki, gələn ilin yanvar ayı üçün dərmanlar yanvarın 20-dən sonra paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR