Bank Of Baku

Ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyası ilə imtahan qərargahları yaradılacaq

Ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyası ilə imtahan qərargahları yaradılacaq
# 28 dekabr 2011 14:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2011/2012-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, məqsəd qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirməkdir.

Əmrə əsasən, qış imtahan sessiyasında təhsil müəssisələrində imtahan qərargahı yaradılacaq. Qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin “Qaynar xətt”inə operativ məlumat veriləcək. İmtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR