Bank Of Baku

“2012-2013-cü illərdə istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı” təsdiq edilib

“2012-2013-cü illərdə istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı” təsdiq edilib
# 28 dekabr 2011 14:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov nazirliyin kollegiyasının “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın yerinə yetirilməsinin yekunları haqqında“ qərarın icrasını təmin etmək məqsədilə əmr verib. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, əmrə əsasən, kollegiyanın qərarının 3-cü bəndinə uyğun olaraq hazırlanmış “2012-2013-cü illərdə istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı” təsdiq edilib.
Nazirliyin müvafiq struktur bölmələrinə və tabe təşkilatlarının rəhbərlərinə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsini təmin etmək üçün davamlı olaraq sistemli iş aparmaları tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR