Bank Of Baku

Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb

Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb
# 28 dekabr 2011 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yeni il bayramının yaxınlaşması ilə əlaqədar Bakı əhalisinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə təşkil olunmuş yarmarkalar bu gündən fəaliyyətə başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, dekabrın 28-31-də yarmarkalar Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyini həyəti, Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə, Xətai rayonunda «Bakı» kinoteatırının yanı, Məhəmməd Hadi küçəsi, «Əhmədli» metro stansiyasının çıxışı, Nərimanov rayonuda Əliyar Əliyev küçəsi 26, «Bakı Taxıl» ASC-nin ərazisi, Keşlə bazarının ərazisi, Nəsimi rayonunda «Təzə bazar»ın ərazisi, 3-cü mikrorayon, «Tovuz-Baltiya» şirkətinin ərazisi, Nizami rayonunda 8-ci km bazarının ərazisi, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryol vağzalının yanı, Səbail rayonunda Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı, Suraxanı rayonunda Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Qaraçuxur qəsəbəsi, «Günəş» ticarət mərkəzinin yanı, Yasamal rayonunda isə Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR