Bank Of Baku

“Salyanın arxeoloji və memarlıq irsinin Azərbaycan tarixində yeri” mövzusunda elmi-praktik konfrans keçirilib

“Salyanın arxeoloji və memarlıq irsinin Azərbaycan tarixində yeri” mövzusunda elmi-praktik konfrans keçirilib
# 29 dekabr 2011 08:40 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov - APA. Salyan rayonunda “Salyanın arxeoloji və memarlıq irsinin Azərbaycan tarixində yeri” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, institutun mütəxəssisləri, ictimaiyyət nümayəndələri iştirak edib. Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Salyan arxeoloji ekspedisiya qrupunun rəhbəri, professor Arif Məmmədov bildirib ki, bu yaxınlarda aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, Salyan 2800 il və daha qədim tarixə malikdir. Elmi-praktik konfransda rayonun qədim maddi-mədəniyyət nümunələri ilə zəngin olduğu bildirilib. Rayonun Çuxanlı kəndi ərazisində Ələt-Astara magistral yolunun tikintisi üçün Babazənan dağından torpaq çıxarılarkən küp tapılıb və həmin ərazidə Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən arxeoloji kəşfiyyat və qazıntı işlərinə başlanılıb. 4 hektara yaxın ərazini əhatə edən yerin bir hissəsində arxeoloji qazıntılar zamanı eramızdan əvvəl 3-cü əsrdən bizim eranın 3-cü əsrinə aid küp qəbirlər aşkar edilib. Qeyd olunub ki, Babazənan dağında tapılan küp qəbirlər rayonun qədim tarixə malik olduğundan xəbər verib. Artıq birinci arxeoloji qazıntı sahəsində işlər sona çatıb. İkinci qazıntı sahəsində tədqiqat aparan arxeoloqlar həmin ərazidə 25-ə yaxın yeni küp qəbirlər aşkarlayıblar. Bu küp qəbirlərin üzərində şamanizmi göstərən işarələr mövcuddur. Bu da Salyanın 2800 il və daha qədim tarixə malik olduğunu sübut edir.
Mütəxəssislər küp qəbirlərin mühafizəsi üçün ərazidə açıq muzeyin yaradılmasına ehtiyac olduğunu bildiriblər. Ərazi qədim tarixə aydınlıq gətirəcək maddi-mədəniyyət nümunələri ilə zəngin olduğundan arxeoloji tədqiqat işlərinin bir il davam etdirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR