Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
# 29 dekabr 2011 09:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Dekabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən komitə sədri Hicran Hüseynova 2011-ci ildə həyata keçirilən işləri geniş təhlil edib.

Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli üçün hərtərəfli şərait yaradıldığını deyən komitə sədri bu istiqamətdə həyata keçirilən tədbirlərin gələcəkdə daha da genişləndiriləcəyini bildirib. Komitənin fəaliyyətini yüksək qiymətləndirən H. Hüseynova kollektivin qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində bütün qüvvə və bacarığını səfərbər etdiyini söyləyib.

Sonra sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva ayrı-ayrı şöbələrin fəaliyyəti haqqında məlumat veriblər.

Kollegiya iclasında komitənin nəzdində olan uşaq və ailələrə dəstək mərkəzlərinin işi geniş təhlil olunub, onların fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Səfər İmanov 2012-ci il üçün nəzərdə tutulmuş iş planı layihəsini təqdim edib. Kollegiya iştirakçıları 2012-ci il üçün iş planını təsdiqləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR