Bank Of Baku

BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin yaradılmasının 20 illiyinə həsr olunan tədbir keçirilib

BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin yaradılmasının 20 illiyinə həsr olunan tədbir keçirilib
# 29 dekabr 2011 10:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər fakültəsinin yaradılmasının 20 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, universitetin rektoru Abel Məhərrəmov BDU-nun Azərbaycanın ictimai-siyasi mühitinin formalaşmasında oynadığı rol və beynəlxalq münasibətlər fakültəsinin əhəmiyyəti haqqında danışıb. A. Məhərrəmov bildirib ki, bu illər ərzində adıçəkilən fakültəni ölkənin inkişafında yeri və rolu olan çoxlu sayda şəxs bitirib.

Beynəlxalq münasibətlər fakültəsinin dekanı Zeynal Həsənəliyev isə çıxışında təmsil etdiyi sahənin tarixi, inkişafı, qarşısına qoyduğu məqsədləri barəsində danışıb. O deyib ki, BDU-da müstəqilliyimizin ilk illərində Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin yaranması qanunauyğunluq kimi dəyərləndirilməlidir: “O vaxtlar beynəlxalq münasibətlər, xüsusilə beynəlxalq hüquq elmi haqqında təsəvvürlər yanlış idi. Bu boşluğun qısa vaxtda aradan qaldırılması əsl fədakarlıq tələb edirdi. Mövcud şəraitdə işin ağırlığı yenicə formalaşan fakültənin üzərinə düşdü. Ümummilli lider Heydər Əliyevin bir vaxtlar böyük uzaqgörənliklə respublikamızdan kənarda təhsil almağa yolladığı kadrlar yeni fakültənin işinə qatıldı və qısa zamanda BDU-da əsl beynəlxalq hüquq məktəbi formalaşdı”.

Z. Həsənəliyev qeyd edib ki, 1991-ci ildə üç ixtisas üzrə 55 nəfər tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 1333 tələbəsi təhsil alır: “Fakültədə qardaş Türkiyə Respublikası, Əfqanıstan, İran İslam Respublikası, Rusiya və Gürcüstan dövlətlərindən gəlmiş xeyli tələbə təhsil alır”.

Daha sonra tədbirdə fakültənin məzunları, tələbə və müəllimlər çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR