Bank Of Baku

Təhsil Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Təhsil Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
# 29 dekabr 2011 11:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Təhsil Nazirliyində ötən ilin yekunlarına əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançılar, məşqçi-müəllimlər arasında keçirilən respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu il Ağcabədi, Quba, Xaçmaz və Ucarda şahmat məktəbləri üçün yeni binaların istifadəyə verilib. Onun sözlərinə görə, 2011-ci ildə şahmat məktəblərinin yetirmələri respublika birincilik və çempionatlarında 14-ü qızıl, 11-i gümüş və 13-ü bürünc olmaqla 38 medal, Avropa, dünya birinciliklərində və çempionatlarında isə 5- i qızıl, 3-ü gümüş, 2- i bürünc olmaqla 10 medal qazanıblar. Nazir İstedadlı idmançıları aşkar etmək və onları həvəsləndirmək məqsədilə hər il keçirilən respublika müsabiqəsində 159 idman məktəbinin iştirak etdiyini deyib və qalibləri təbrik edib.
Tədbirdə 12 nominasiya üzrə keçirilmiş respublika müsabiqəsi qaliblərinə diplom və hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR