Bank Of Baku

Azərbaycan prezidenti Bakıda salınan yeni parkda görülən işlərlə maraqlanıb- FOTOSESSİYA

Azərbaycan prezidenti Bakıda salınan yeni parkda görülən işlərlə maraqlanıb- <font color=red>FOTOSESSİYA</font>
# 29 dekabr 2011 16:38 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 29-da Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının qarşısında salınan yeni parkla tanış olub. APA-nın məlumatına görə, vergilər naziri Fazil Məmmədov yeni parkda görülən işlərlə bağlı prezidentə məlumat verib.

Bildirilib ki, bu park nəqliyyatın yüksək sürətlə hərəkət etdiyi, çoxzolaqlı prospektin kənarında salındığı üçün onun yaradılması zamanı səs izolyasiyasına əsaslanan yaşıllıq və su sistemlərinin sintezindən istifadə olunmuşdur ki, bu da ekoloji tarazlığın qorunmasına və parkda insanların rahat istirahətinə xidmət edəcək. Parkda xeyli sayda müxtəlif növ dekorativ ağac və kol, o cümlədən rəngbərəng güllər əkilib. Burada həmişəyaşıl bitki növlərinə daha çox üstünlük verilib. Güllərdən buta şəkilli kompozisiya yaradılıb. Parkda xüsusi drenaj sistemi qurulub, torpaq örtüyü orqanik materiallarla zənginləşdirilib.

Ən müasir memarlıq üslubunda inşa edilən və 1 hektara yaxın ərazini əhatə edən parkda “Suyun nağılı” fəvvarələr sistemi qurulub. Buradakı 75 metrlik 2 su güzgüsü gözəlliyi ilə diqqəti cəlb edir. Suyun fasiləsiz dövriyyəsini təmin etmək məqsədi ilə ərazidə 2 su anbarı və təmizləyici sistemlər yaradılıb. Parkda suvarma işləri avtomatik damcı sistemi ilə həyata keçirilir. Döşəmələrdə İtaliyadan gətirilən luzanna tipli daşlardan, qara Afrika mərmərindən istifadə olunub. İşıqlandırma və su sistemlərinin işinin fasiləsizliyi məqsədi ilə 630 kilovoltluq yeni yarımstansiya qurulub. Xüsusi layihə əsasında qurulan işıqlandırma sistemi gecə saatlarında həm parka, həm də inzibati binanın fasadına xüsusi gözəllik verir.

Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının fasadının da əsaslı şəkildə yenidən qurulduğu bildirilib. Fasadın yenidən qurulmasında milli ornamentlərdən istifadə edilib. İnşaat işlərində Türkiyə istehsalı olan limra daşından istifadə olunub.

Görülən işlərlə yaxından tanış olan prezident müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR