Bank Of Baku

Mingəçevir şəhər 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi işdən çıxarılıb

Mingəçevir şəhər 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi işdən çıxarılıb
# 30 dekabr 2011 08:23 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Mingəçevir şəhər 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi vəzifəsindən azad edilib. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabr 15-də nazirlikdə keçirilmiş kollegiya iclasında Mingəçevir şəhər 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisinin tutduğu vəzifəyə uyğun olub-olmamasının araşdırılması barədə qərar qəbul olunub.

Nazirlikdən bildirilib ki, kollegiya iclasının qərarına müvafiq olaraq yaradılmış komissiyanın apardığı araşdırma zamanı şöbə rəisi Asif Şirinovun xidməti fəaliyyətində aşkar edilmiş nöqsanlar onun diqqətinə çatdırılıb və o, ərizəsinə əsasən tutduğu vəzifədən azad olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR