Bank Of Baku

Bu il Azərbaycanda orta pensiya məbləği 28% artıb

Bu il Azərbaycanda orta pensiya məbləği 28% artıb
# 30 dekabr 2011 09:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği bu il ərzində 28,4% artaraq 145 manata, o cümlədən yaşa görə pensiyaların orta məbləği 160 manata çatıb. «APA-Economics»in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

«Hazırda həyata keçirilən preventiv tədbirlər nəticəsində pensiyaçıların sayı azalmaqdadır», - deyə S.Müslümovqeyd edib.

Buna misal olaraq DSMF sədri qadınların pensiya yaşının artırılmasını xatırladıb. Nəticədə, oktyabrın 1-ə olan məlumata görə, ölkə üzrə pensiyaçıların sayı bir qədər azalaraq 1 279 422 nəfər olub.

S.Müslümovun sözlərinə görə, hesablamalar göstərir ki, pensiyaçıların sayı 2022-ci ilədək 1,280 mln. nəfər ətrafında olacaq: «Bu da pensiya sistemində zəruri islahatların aparılmasına imkan verəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR