Bank Of Baku

FHN Şimal Regional Mərkəzi Xaçmazda təlim-məşq keçib

FHN Şimal Regional Mərkəzi Xaçmazda təlim-məşq keçib
# 30 dekabr 2011 09:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi İxrac Boru Kəmərlərinin Mühafizəsi İdarəsi və İxrac Neft Kəmərləri İdarəsi ilə birgə Xaçmaz rayonunda təlim-məşq keçirib. APA-nın «Fövqəladə Hallar» qəzetinə istinadən verdiyi məlumata görə, kompleks təlimin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması, birgə fəaliyyətin təşkili, fövqəladə hallar zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığın yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və zərərçəkmişlərin mühafizəsi və təxliyəsi işinin təkmilləşdirilməsi, qüvvə və vasitələrin fövqəladə hal baş vermiş əraziyə dərhal cəlb olunması və idarə edilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarət olub.

Təlim zamanı fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, neft boru kəmərindən su kanalına və ətraf əraziyə sızaraq yayılmış neftin təmizlənməsi, su kanalından neftin nasoslarla götürülərək neftdaşıyan maşınlara vurulması, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənməyə qarşı mühafizə tədbirləri və insanların təhlükəsiz yerlərə təxliyəsi işləri ilə bağlı tapşırıqlar yerinə yetirilib.

Təlimdə 70 nəfər şəxsi heyətin iştirakı ilə 20 texnikadan istifadə edilib, qarşıya qoyulmuş məqsədə nail olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR