Bank Of Baku

Yanvarın 1-dən Azərbaycanda pensiyalar artırılır

Yanvarın 1-dən Azərbaycanda pensiyalar artırılır
# 30 dekabr 2011 11:39 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, Dövlət Statistika Komitəsi 2011-ci ildə inflyasiyanın səviyyəsini açıqlayacaq: “Bundan sonra dövlət başçısının (pensiyaların sığorta hissəsinin artırılması barədə) sərəncamı olacaq və sığorta hissəsi artacaq”.

S.Müslümovun sözlərinə görə, pensiyaların sığorta hissəsinin artımı pensiyaçıların əksəriyyətinə şamil olunacaq: «Aparılan islahatlar nəticəsində pensiyaçıların 97,3%-nin pensiyasının məbləği 93,5 manatdan artıqdır. Yalnız 2,7%-i yoxsulluq həddindən aşağı pensiya alır. Yəni bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi var».

İslahatlar nəticəsində 2011-ci ildə pensiyaların ümumi məbləğində sığorta hissəsinin xüsusi çəkisi 8,3% artaraq 45%-ə çatıb. Fond rəhbərinin sözlərinə görə, 2012-ci ildə pensiyaların sığorta hissəsinin artımı məqsədilə 67 mln. manat sərf olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR