Bank Of Baku

Azərbaycanda rəsmi işsizlərin sayı 38,7 min nəfərə düşüb

Azərbaycanda rəsmi işsizlərin sayı 38,7 min nəfərə düşüb
# 30 dekabr 2011 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il dekabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 599,2 min nəfər olub, onlardan 4 346,8 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-oktyabr aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 366,9 min nəfər, orta siyahı sayı isə 1 359,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 852,3 min nəfər, qeyri-dövlət bölməsində isə 507,3 min nəfər təşkil etmiş, iqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda isə 1 323,1 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 319,9 min nəfər təşkil edib.

«Cari ilin dekabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38,7 min nəfər olub, onların 43%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 3 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği isə 184,7 manat olub», - deyə Komitədən bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə ölkədəki rəsmi işsiz olanların sayı 1%, cari ilin noyabrın 1-nə olan göstəricisinə nisbətən isə 2% azalıb.

Qeyd edək ki, öətn ilin dekabrın 1-nə ölkədə rəsmi işsizlərin sayı 39 min, cari ilin noyabrın 1-nə isə 39,4 min nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR