Bank Of Baku

Azərbaycanın bir sıra rayonlarında mərkəzləşdirilmiş yoxlama imtahanları hava şəraiti ilə əlaqədar yenidən təxirə salınıb

Azərbaycanın bir sıra rayonlarında mərkəzləşdirilmiş yoxlama imtahanları hava şəraiti ilə əlaqədar yenidən təxirə salınıb
# 11 fevral 2012 12:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hava şəraiti ilə əlaqədar olaraq Azərbaycanın bir sıra rayonlarında bu həftə keçirilməsi nəzərdə tutulan IX və XI siniflər üzrə mərkəzləşdirilmiş yoxlama imtahanları yenidən təxirə salınıb. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov əmr imzalayıb.

Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən 4-5 fevral tarixlərində Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında XI və IX siniflər üzrə keçirilməsi nəzərdə tutulan mərkəzləşdirilmiş yoxlama imtahanları təxirə salınmışdı. İmtahanların fevralın 11 və 12-də keçirilməsi nəzərdə tutulsa da, hava şəraiti buna imkan verməyib, imtahanlar növbəti dəfə təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR