Bu gün Xocavənd rayonunun Qüzeyxırman və Güneyxırman kəndlərinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Qüzeyxırman kəndinə 87 nəfərdən ibarət 21 ailəyə, Güneyxırman kəndinə isə 72 nəfərdən ibarət 18 ailə köçürülüb.
Açarların təqdimatı mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
13.16
Növbəti köç karvanı Xocavəndə çatıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün Xocavənd rayonunun Güneyxırman kəndinə 18 ailə (72 nəfər), Quzeyxırman kəndinə 21 ailə (87 nəfər) köçürülüb.