Bank Of Baku

“Amerika Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin illik görüşü keçirilib - FOTO

“Amerika Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin illik görüşü keçirilib - <font color=red>FOTO</font>
# 11 fevral 2012 14:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Amerika Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin illik görüşü keçirilib. APA-nın xəbərinə görə, tədbirdə müxtəlif təhsil proqramları çərçivəsində Amerikada təhsil almış 200-dən çox məzun iştirak edib. Birliyin fəaliyyəti və gələcək planları haqqında iştirakçılara məlumat verilib.

Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq deyib ki, Amerika təhsil proqramlarında iştirak edən azərbaycanlı məzunlar bu ölkəni dərindən başa düşərək iki ölkə arasındakı dostluğun güclənməsinə dəstək verirlər. O, təhsil mübadilə proqramlarının ikitərəfli əlaqələrin inkişafı üçün vacibliyini qeyd edib.

Birliyin nümayəndələri isə təhsil sahəsində ABŞ mübadilə proqramlarını dəstəkləyən dövlət rəsmiləri və QHT-lərə minnətdarlıqlarını bildiriblər.

Sonra təhsildə uğur qazanmış bəzi məzunlara mükafatlar verilib. Tədbir bədii hissə ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR