Bank Of Baku

Azərbaycanda ali məktəblərin magistraturasına 4061 bakalavr sənəd verib

Azərbaycanda ali məktəblərin magistraturasına 4061 bakalavr sənəd verib
# 13 fevral 2012 08:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün saat 11.00-a olan məlumata görə, 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturasına 4061 nəfər bakalavr sənəd verib. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, magistraturaya sənəd verən bakalavrlardan 2242 nəfəri “Elektron ərizə forması”nı təsdiq etdirib. Bakalavrların 2019 nəfəri Azərbaycan, 223 nəfəri isə rus bölməsi üzrə sənəd verib. Hələlik “Elektron imza” ilə magistraturaya sənəd verən yoxdur.

Qeyd edək ki, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 8-dən 16-dək olan müddətdə doldurmalı və ərizələrini fevralın 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək olan müddətdə təsdiq etdirməlidirlər. Magistraturaya birinci mərhələnin imtahanı fevralın 26-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR